İdman

Putin Trampı futbol oyununa baxmağa dəvət edəcəkmi?

Putin Trampı futbol oyununa baxmağa dəvət edəcəkmi?
Rusiya prezidenti Vladimir Putin Helsinkidə baş tutacaq liderlərin görüşündə amerikalı həmkarı Donald Trampı futbol matçına baxmağa dəvət etməyəcək.

Sfera.az xəbər verir ki, bu açıqlama ilə Kremlin baş katibi Dmitri Peskov çıxış edib. 

"Belə plan yoxdur. Helsinki hazırlaşır, çoxları bir çox qəliz məsələsə ciddi söhbətlərin aparılmasını gözləyir” – Kremlin mətbuat katibi belə deyib.

Peskov dünya çempionatına baxmaq istəyən bütün dövlət, hökumət başçıları və monarxları görməyə şad olacaqlarını deyib.

Kremlin mətbuat katibi Helsinkinin görüş yeri kimi seçilməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, Finlandiya loqistik cəhətdən tərəfləri daha çox qane edib.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin Helsinkidə 16 iyulda, dünya çempionatının başa çatmasının ertəsi günü görüşəcəklər.

Rəsul
Sfera.az


AdRiver

XƏBƏR LENTİ