Putin-Tramp görüşünün vaxtı məlum oldu
18:57 / 13.02.2017
1339
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin və amerikalı lider Donald Trampın iyul ayında Almaniyada G-20-nin çərçivəsində görüşəcəyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.
Peskovun sözlərinə görə, bu tarixdən öncə keçiriləcək görüş barədə hələlik heç bir məlumat yoxdur.