Putin Ruhaniyə zəng etdi

Putin Ruhaniyə zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin rəsmi saytı informasiya yayıb.

Danışıq zamanı prezidentlər Suriya məsələsinin nizamlanması ilə bağlı Astanada keçirilən görüşlərdə razılaşdırılmış qərarları yüksək qiymətləndirib. Hər iki tərəf Suriyadakı böhranın uzun müddətli həllinə nail olmaq olmaq üçün səylərin artırılması xüsusən Astana prosesində zəmanət verən ölkələrin əməkdaşlığını gücləndirmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Cenevrədə siyasi müzakirələrin təşviqi ilə bağlı addımlar atmağa hazır olduqlarını bildirib.

İranın nüvə proqramı ətrafında vəziyyətin həlli ilə bağlı fikir mübadiləsi aparıldığı zaman isə prezidentlər birgə fəaliyyət planının həyata keçirilməsinin regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm amil kimi vacibliyi qeyd ediblər.

Telefon danışığı zamanı həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın bəzi aktual məsələləri, eləcə də Rusiya-İran-Azərbaycan formatında əməkdaşlıq problemləri müzakirə olunub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR