Dünya

Putin Poroşenkonun zənginə niyə cavab vermədiyini açıqladı

Putin Poroşenkonun zənginə niyə cavab vermədiyini açıqladı
Rusiya prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Petro Poroşenko ilə telefon əlaqəsindən imtina etməsinə aydınlıq gətirib.

Putin bildirib ki, Poroşenkonun "sadə kombinasiyalar”ında iştirak etmək istəmədiyi üçün onun telefonla danışmaq cəhdlərinə reaksiya vermir:

"Məsələ onda deyil ki, mən sadəcə olaraq yayınıram və Petro Poroşenko ilə danışmaq istəmirəm. Məsələ odur ki, mən onun seçki kampaniyasında iştirak etmək istəmirəm”. 

Onun sözlərinə görə, Poroşenko süni şəkildə böhran və təxribatçı situasiya yaradır, dərhal məsuliyyəti Rusiyanın üzərinə atır. Daha sonra nümayiş etdirməyə çalışır ki, yaranan problemi uğurla həll edir./qafqazinfo
 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31