Putin Lavrovla Şoyqunun məsələsinə nöqtə qoyacaq

Putin Lavrovla Şoyqunun məsələsinə nöqtə qoyacaq
Rusiya Prezidenti Vladimir Putin "Vahid Rusiya” partiyasından Dövlət Dumasına seçkilərdə iştirak edən xarici işlər və müdafiə nazirləri Sergey Lavrovla Sergey Şoyqunun deputat mandatı alıb-almayacağına qərar verəcək.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı "RBK” yayıb. Bildirilir ki, Putin sözügedən partiyanın seçici siyahısında lider olan Lavrovla Şoyqu, "Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko, "İstedad və uğur” fondunun sədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova ilə görüşmək niyyətindədir. 

"RBK” Kremlə yaxın mənbələrinə istinadən yazır ki, görüşün sentyabrın 27-si keçirilməsi planlaşdırılır. Gözləntilərə əsasən, məhz bu zaman bu beşlikdən kimin deputat mandatı qazanacağı məsələsinə nöqtə qoyulacaq.

Bununla yanaşı, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün həqiqətən də keçiriləcəyini təsdiq edib.

Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 17-dən 19-na kimi üç gün ərzində keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdən sonra Dövlət Dumasında deputat mandatlarının bölünməsi barədə informasiya yayıb. Məlumata görə, hakim "Vahid Rusiya” Partiyası 324, Kommunist Partiyası 57, "Ədalətli Rusiya” 27, Liberal-Demokrat Partiyası 21, "Yeni insanlar” Partiyası 13 mandat əldə edib.

OXŞAR XƏBƏRLƏR

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...