Putin keçmiş Baş prokurora yeni vəzifə verdi

Putin keçmiş Baş prokurora yeni vəzifə verdi
 

Rusiya Prezidenti Vladimir Putin sabiq Baş prokuror Yuri Çaykanı yeni vəzifəyə təyin edib.

Sfera.az xəbər verir ki,  V. Putinin imzaladığı müvafiq fərmana əsasən, Y. Çayka Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Fərman imzalandığı gündən qüvvəyə minib.

 

Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurasının plenar iclasında Y. Çayka Baş prokuror vəzifəsindən azad olunub. V. Putin tərəfindən namizədliyi irəli sürülmüş İqor Krasnov iclasda Baş prokuror vəzifəsinə təsdiqlənib.


OXŞAR XƏBƏRLƏR