Putin hakimiyyətdən gedir?

Putin hakimiyyətdən gedir?
 
Rusiyada prezident dəyişikliyi ola bilər 

Bunu "Moskovski Komsomoleç” qəzetinə müsahibəsində rusiyalı politoloq Valeri Solovey söyləyib. Onun sözlərinə görə, bu ilin dekabrında bu məsələyə tam aydınlıq gətiriləcək:

"Putinin nəsə problemləri var. 2017-ci ildə o bir neçə ay ictimaiyyət arasında ya görünməyəcək, ya da nadir hallarda ortaya çıxacaq. Gələn ilin yazında vaxtından əvvəl prezident seçkisi keçiriləcək və Putinin yerinə xələfi keçəcək. Bu seçki çox önəmlidir, çünki 2018-ci ildə hər şey daha pis olacaq. Putin artıq əmindir ki, onun hakimiyyəti zamanında Qərblə münasibətlərdə qəti dəyişikliklər olmayacaq. Xələfə gəlincə isə Putinin yerinə yenidən Dmitri Medvedyev gətirilə bilər. Onu hazırda bu vəzifəyə hazırlayırlar. Lakin militaristlər Medvedyevin prezident seçilməsinə qarşı çıxırlar. Digər namizəd isə xüsusi xidmət orqanlarının ürəyincədir. Bu, 2008-ci ildə olduğu kimi yenə də Sergey İvanovdur. O, hələ də öz nüfuzunu itirməyib”.

Qeyd edək ki, bu müsahibənin yayımından bir müddət sonra "Moskovski Komsomoleç” yazını saytından silib. Qəzet rəhbərliyi bu addımını yazıda böyük səhvlərin olması ilə əlaqələndirib və onun bərpasının bir neçə gün vaxt alacağını söyləyib. Rusiya mətbuatı isə artıq Soloveyin təcili olaraq Moskvanı tərk etməsi haqqında informasiya yayıb.(axar.az)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...