Dünya

Putin bir sərəncamla Tiflisə 710 milyon ziyan vurdu

Putin bir sərəncamla Tiflisə 710 milyon ziyan vurdu

Gürcüstanda 2019-cu ildə istirahət edən rusiyalıların sayı Moskvanın qadağaları ucbatından 1 milyon nəfər azalacaq.

 

Sfera.az BUTA.WS-a istinadən xəbər verir ki, bunu "Birinci kanal”a müsahibəsində Gürcüstan Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili deyib. Onun sözlərinə görə, bu, Gürcüstan iqtisadiyyatına 710 milyon dollar ziyan vuracaq:

 

"2018-ci ildə Gürcüstana 1,4 milyon Rusiya turisti səfər edib. Həmin dövrdə Gürcüstanın bu turistlərdən götürdüyü gəlir 710 milyon dollar təşkil edib. 2019-cu ildə biz rus turistlərinin sayının 1,7 milyon nəfər, bu turistlərdən gələn gəlirin 886 milyon dollar təşkil edəcəyini gözləyirdik”.

 

O, Gürcüstanın Turizm Administrasiyasının Rusiyadan olan turist axınının azalmasına cavab olaraq yeni alternativlər axtardığını bildirib.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930