Gündəm
Sİyasət

Putin Azərbaycan prezidentinin Rusiyaya növbəti səfər tarixini açıqladı

Putin Azərbaycan prezidentinin Rusiyaya növbəti səfər tarixini açıqladı
Moskva 30 avqustda Azərbaycan prezidenti İlham Əliyevin növbəti səfərinə hazırlaşır.

Sfera.az xəbər verir ki, Rusiya prezidenti bu barədə İlham Əliyevlə Moskvada keçirilən görüşü zamanı danışıb.

"O ki, qaldı ikitərəfli münasibətlərimizə, biz onları sizin 30 avqustda Rusiyaya səfəriniz zamanı dərin və əsaslı şəkildə müzakirə edərik. Elə indi demək olar ki, bizim münasibətlərimiz çox uğurlu inkişaf edir. Keçən il bizim ticarət dövriyyəmiz 34,4% olub, bu ilin birinci kvartalı isə 19%. Bu çox yaxşı tempdir, dəstəkləmək lazımdır” –, deyə Putin vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında inkişaf edən münasibətləri qeyd edib və avqust ayında Rusiyaya dəvətə görə təşəkkür edib.

"Biz etibarlı dostlar və strateji əməkdaşlarıq. "Şimal-Cənub” layihəsinin artıq konkret nəticələrini görürük. Rusiyadan Azərbaycana yük axınının artması müşahidə edilir. Gələcəyə və münasibətlərimizin möhkəmlənməsinə ümidlə baxırıq” –, deyə İlham Əliyev öz çıxışında qeyd edib.
 
Rəsul
Sfera.az
 


AdRiver
loading...

XƏBƏR LENTİ