Putin ABŞ kanallarının iddiasına 4 ballistik raketlə cavab verdi - VİDEO

Putin ABŞ kanallarının iddiasına 4 ballistik raketlə cavab verdi - VİDEO
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin əmri ilə eyni vaxtda 4 qitələrarası "Bulava” raketi buraxılmış, ABŞ telekanalları isə Putinin anonsunu verdiyi nüvə motorlu raketlərin təlim zamanı yerə çırpılması haqda məlumat yaymışdılar.

Sfera.az xəbər verir ki, Rusiya Şimal Buzlu okeanı Donanması Komandanlığı həmin xəbərə cavab olaraq raket sınağının videosunu paylaşıb. 
 
Açıqlamada deyilir:

""Yuri Dolqorukiy” strateji sualtı qayığımız Şimal qütbü regionunda yerləşən Ağ dəniz akvatoriyasında tarixdə ilk dəfə eyni anda 4 "Bulava” qitələrarası raketini uçurub. 40 metr dərinlikdən bir neçə saniyə intervalla buraxılan raketlər Kamçatka yarımadasındakı "Kura” poliqonundakı hədəfləri vurub”.

Qeyd edək ki, bu tip strateji sualtı qayıqların göyərtəsində ümumilikdə, 16 ədəd ballistik raket olur.
 
Rəsul
Sfera.az
 
 


OXŞAR XƏBƏRLƏR