Öpüşməyin qadağan olunduğu ölkələr - SİYAHI

Öpüşməyin qadağan olunduğu ölkələr - SİYAHI
Bir-birini sevən cütlüklər xarici ölkələrə səfər zaman həmin ölkələrdə mövcud olan qanunlara diqqətə yanaşmalıdırlar. Çünki bəzi ölkələrdə ictimai yerlərdə davranış qaydaları, o cümlədən insanların öpüşməsi ilə bağlı sərt qaydalar tətbiq olunur.

Modern.az öpüşün qadağan olunduğu 5 ölkəni təqdim edir.

Birləşmiş Ərəb Əmirlikləri

Öpüşlə bağlı ən sərt qaydalar müsəlman ölkələrində mövcuddur. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə adi öpüşə görə 10 günə qədər həbs cəzası var. Dubayda isə ictimai yerdə öpüşə görə 1000 dollar cərimə təyin olunub.

İndoneziya

İndoneziya öpüşə münasibətdə ən sərt ölkələrdən sayılır. Burada öpüş qanunvericilikdə pornoqrafiya ilə bərabər tutulur. Məhz bu səbəbdən də, 10 ilə qədər həbs cəzası tətbiq olunur.

Meksika 

Meksika ən dindar xristian ölkələrindən sayılır. Buna görə də, yerli sakinlər ehtirasla öpüşən cütlükləri narazılıqla qarşılayırlar. Ölkənin Duranqo və Miçoakan ştatlarında isə ictimai yerlərdə öpüşə görə 250 dollar cərimə tətbiq edilir.

Böyük Britaniya

Məşhur London metrosu bu günə qədər öpüşməyə icazənin verilmədiyi məkanlardan sayılır. Uzun illəridir ki, fəaliyyət göstərən qanun yalnız 1 stansiyada cütlüklərin öpüşməsinə icazə verir.

Fransa

Fransa adətən hüquq və azadlıqların sərhəd tanımadığı liberal ölkələrdən hesab olunsa da, öpüşlərlə bağlı burada da maraqlı qadağa mövcuddur. Belə ki, Parisin dəmir yolu vağzallarında vidalaşarkən öpüşmək olmaz. 1910-cu ildə qəbul olunmuş qanun qatarların hərəkət vaxtının gecikməməsi üçün atılmışdı və bu günə qədər qüvvədən düşməyib.

OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...