Pulu alır, park edir, sonra da şəkli çəkib qaçır - BNA DYP-nin yolunu gedir

Pulu alır, park edir, sonra da şəkli çəkib qaçır - BNA DYP-nin yolunu gedir
"Zəhmət olmasa, Bakı Nəqliyyat Agentliyi təhlükəsiz şəhər kameralarından o görüntüləri də götürsün, onlara da baxaq. Aydınlaşdıraq görək, vətəndaşlardan pul alıb, park edəcəyini deyən adamlar kimlərdir".

Sfera.az bildirir ki, bu fikirləri ictimai fəal Bəxtiyar Hacıyev Bakı Nəqliyyat Agnetliyi (BNA) ilə bağlı yaşadığı problem barəsində facebook-da paylaşdığı yazısında qeyd edib və dövlət qurumunun qaçıb aradan çıxmasını bu cür ifşa edib.

 
Paylaşımdakı həmin yazını təqdim edirik:
 
"BNA DYP-nin yolunu gedir, deyəsən. 17 yanvarda Kapital Bank Yasamal filialı qarşısında parkinqlə məşğul olan şəxsə ödəniş edib, açarı verib, park etməsi üçün avtomobili ona vermişdim, bankda növbə gözləyəndə baxdım BNA əməkdaşları ilə mübahisə edirlər, çıxdım bayıra və BNA əməkdaşlarının mübahisə etdiyini görüb, nəqliyyat vasitəsinin sahibinin özüm olduğunu deyib, başqa yerdə park etmək istədiyimi dedim. Onlar isə şəkil çəkib, qaçdılar.

İndi dünən bununla bağlı BNA mətbuat katibi Mais Aghayev öz səhifəsində şərhlərdə fotoları yerləşdirib ki, Bəxtiyar bəy, yanlış yerdə park etmisiniz, cərimələnmisiniz.

Zəhmət olmasa, Bakı Nəqliyyat Agentliyi təhlükəsiz şəhər kameralarından o görüntüləri də götürsün, onlara da baxaq. Bununla bağlı rəsmi müraciətim də olub. Aydınlaşdıraq görək, vətəndaşlardan pul alıb, park edəcəyini deyən adamlar kimlərdir, bəlkə, (məndə ciddi şübhələr var ki, belədir) BNA əməkdaşları ilə əlbir adamlardır? İkincisi, baxaq görək, mən çıxıb avtomobili başqa yerə park etmək təklif edəndə, necə FBI kimi şəkil çəkib, qaçıblar? Hər halda, dövlət qurumudurlar, vətəndaşlardan açar alıb, ödəniş alıb, park edənlərin və cərimələtdirənlərin kimliyini tapmaq onlara daha asan olar və kamera görüntülərini almaq asan olar onlara.

Hər halda, BNA-nın DYP yolunu getməsi xoş olmadı. Ancaq, mənim üçün problem deyil. Bundan sonra biz də sizin şəklinizi çəkib, təftiş edib, yayarıq. Özü də təkcə 20-30 manatlıq qayda pozuntularınızı yox, rəhbərinizdən tutmuş, əməkdaşlarınıza qədər ciddi korrupsiya faktları barədə... Xeyirli olsun".

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR