İqtİsadİyyat

Pul yığa bilməyənlər üçün maraqlı təklif - Dama - dama yığılan pullar

Pul yığa bilməyənlər üçün maraqlı təklif - Dama - dama yığılan pullar
 
Expressbank-ın "Damla əmanəti” pul yığmağı bacarmayanlar üçün unikal
məhsuludur. Bankın təqdim etdiyi "Damla” əmanət növü müştərilərə xərcləyərək pul
yığmaq fürsətini verir. Şərtləri ilə yarandığı ilk gündən diqqət çəkən "Damla” əmanətinə
qoşulmaq və üstünlüklərindən faydalanmaq isə çox rahatdır.
Belə ki, müştəri Expressbank-a müraciət edərək hesab açdırır. Hesabın işlək
olması üçün isə minimum 1 (bir) AZN və bir debit kart kifayətdir. Daha sonra isə müştəri
ona təklif edilən 1 Damla və 5 Damla əmanət növlərindən birini seçir. Qoşulmaq prosesi
bununla yekunlaşır. Artıq müştəri hər zamankı alış- verişlərini reallaşdıra bilər.
Əgər müştəri 1 Damla əmanət növünə qoşulubsa xərclədiyi məbləğ, misal üçün
8.50 AZN olduğu halda 1 AZN dəyərində yuvarlaqlaşdırılır və 9.00 AZN çıxılır. 5 Damla
əmanət növünə görə isə 5 AZN dəyərində yuvarlaqlaşdırılır və 10.00 AZN çıxılır. Arada
yaranan 0.50 AZN və ya 1.50 AZN fərq əmanət hesabına köçürülür. Həmçinin
müştərinin hesabına yığılan məbləğə müddətin sonunda əmanət növünə uyğun olaraq
10 və ya 12% gəlir də əlavə edilir.
Bank bununla da kifayətlənmir. Müştərilərə hər alış verişdə qazandıqları 30% dək
cashbacklər də nağd pul olaraq əmanət hesabına köçürdür. Beləliklə müştəri hər
xərcində pul qazanmış olur. 
Damla əmanəti barəsində daha ətraflı növbəti linkdən öyrənmək mümkündür. (
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və
xidmətlər təklif edən quot;Expressbankquot;ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank
xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək,
www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil
olaraq əldə edə bilərsiniz.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031