Texnologİya

Pul tələb edən yeni virus aşkarlandı

Pul tələb edən yeni virus aşkarlandı
"Kasperski laboratoriyası" şirkəti tərəfindən aşkar edilmiş virus "Windows” sisteminin boşluğundan istifadə edir və istifadəçilərdən 2500 dollar məbləğində bitkoinlər vasitəsilə ödəniş tələb edir.

Sfera.az "ictnews”a istinadla xəbər verir ki, "Sodin” adlı şifrləyici proqram sistemdə öz imtiyazlarını artırmaq üçün "Windows” sistemində "sıfır gün" boşluğundan istifadə edir və özünü gizlətmək üçün prosessorun arxitektura xüsusiyyətlərindən istifadə edir.

Məlumatlara müdaxilə edən virus bitkoinlər vasitəsilə ödəniş tələb edir.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, bu şifrləyicinin yayılma metodu əksər hallarda qurban tərəfindən hər hansı aktiv hərəkətlərin edilməsini nəzərdə tutmur: "Cinayətkarlar serverə müdaxilə edərək həmin sistemdə gizli şəkildə zərərli proqram təminatı quraşdırırlar".

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30