Maraqlı

Psixoloqlar kişilərin və qadınların yumor hissini müqayisə etdilər - TƏDQİQAT

Psixoloqlar kişilərin və qadınların yumor hissini müqayisə etdilər - TƏDQİQAT

Kişilər orta hesabla qadınlardan zarafatcıldılar.

Bu haqda "Psychology Today”in dərc etdiyi Britaniya və ABŞ psixoloqlarının tədqiqatında bildirilir.

Alimlərin keçirdiyi 28 testdə 5 mindən artıq insan iştirak edib. Onlardan istənilən mövzuda zarafat etməyi xahiş ediblər, məsələn, şəkli gülməli şərh etmək.

 

Zarafatları qiymətləndirərək alimlər belə qanaətə gəliblər ki, kişilərin 63 faizi qadınlardan daha gülməli zarafat edib.

Buna baxmayaraq, tədqiqatçılar müəyyən peşə sahibləri olan qadınların yumor hissinin daha güclü olduğunu qeyd ediblər. Məsələn, komediya janrında çalışan aktrisalar kişilərin 99 faizindən daha gülməli zarafat edirlər.

Alimlər kişilərin orta hesablı yumor hissinin daha güclü olmasını aralarındakı gizli rəqabətlə izah edirlər. Qadınlar daha çox məhz yumor hissi güclü olan kişilərə üstünlük verir və bu onların arasındakı rəqabəti artır.

Digər tərəfdən kişilər qadınların hazırcavablığına elə də önəm vermirlər.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930