Psixi xəstəxanadan çıxarılan oğul məhkəməyə gətirildi: \"Atamı balta ilə vurdum\"

Psixi xəstəxanadan çıxarılan oğul məhkəməyə gətirildi: \
 9 il əvvəl atasını balta ilə öldürməkdə təqsirləndirilən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən qətl törədəndən sonra psixi xəstəliyə tutulduğu üçün müalicəyə göndərilib.

2009-cu ildə məhkəmə onun psixi xəstəliyi ilə bağlı məcburi müalicəyə göndərilməsinə dair qərar çıxarıb. Qanuna görə, onun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə yenidən məhkəmə istintaqı aparılır.

Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Azər Yaqubov atasını yatmış, köməksiz vəziyyətdə qətlə yetirib.

O, verilən ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

Məhkəmədə sərbəst ifadə verən Azər Yaqubov ifadəsində atasını bir dəfə balta ilə vurduğunu deyib.

Hakim bildirib ki, istintaq materiallarında Azər Yaqubovun atası Şaban Yaqubova balta ilə 3 dəfə zərbə vurduğu qeyd edilib.

Prokurorun suallarını cavablandıran A.Yaqubov hadisəni törədən zaman atasının yatmadığını, televizora baxdığını və mübahisə etdikdən sonra vurduğunu deyib.

Məhkəmədə öldürülən Şaban Yaqubovun hüquqi varisi  digər oğlu Anar Yaqubov da məhkəmədə ifadə verib.

O, hazırda qardaşından şikayətçi olmadığını söyləyib: "Mərhum mənim atamdır. Azər də qardaşım. Hadisə də ailə münaqişəsi zəminində baş verib. Mənim şikayətçi olub-olmamağım nəyisə dəyişmir. Hadisə 9 il əvvəl baş verib".

Məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Proses yanvarın 26-da davam edəcək.

Qeyd edək ki, qətl 2009-cu ildə Sumqayıtda baş verib. İttihama əsasən, Azər Yaqubov atası Şaban Yaqubova yatdığı yerdə baltalayıb. Şaban Yaqubov hadisə yerindəcə keçinib. Hadisəyə səbəb isə Azərin işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirərək onu öldürməyi planlaşdırıb. 
 
///lent.az

OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"

Zəngəzur Dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəng...

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması ən aktual məsələlərdən biridir.   Bəs inkluziv təhsil nədir və necə qurulmalıdır?  ...

Prezident: "Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir"

Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hə...

İlham Əliyev: "Dünya bundan sonra uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq"

Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac d...

Yağış, şimşək, dolu... - Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ!

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və A...

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb.    Sfera.az xə...