Prosineçki millimizlə bağlı qərarını verib

Prosineçki millimizlə bağlı qərarını verib

Robert Prosineçki futbol üzrə Azərbaycan milli komandasının sükanı arxasında qalmamağa qərar verib.

Report xəbər verir ki, bu barədə 48 yaşlı mütəxəssisin özü index.hr saytına müsahibəsində bildirib.

R.Prosineçki yaxın günlərdə danışıq aparmaq üçün Azərbaycana səfər edəcəyini söyləyib. Xorvatiyalı baş məşqçi hazırkı işini davam etdirəcəyi fikrində olduğunu vurğulayıb: "AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycanda olacağam. Çox güman ki, Azərbaycanda qalmayacağam”.

Xorvatiyalı mütəxəssis Sloveniya yığmasının baş məşqşçisi postuna dəvət almasına da münasibət bildirib. O, yayılan xəbərləri təkzib edib: "Almaniyadan dünən gecə qayıtmışam. Zaqrebə gəlməyim 12 saatımı aldı. Xəbərləri qəzetdən oxudum. Ola bilər ki, məni Sloveniya millisində görmək istəyirlər. Amma hazırkı anadək heç kim mənimlə əlaqə saxlamayıb. Bu, sabah da baş verə bilər. Ona görə də heç nə deyə bilmərəm”.

R.Prosineçki dünya çempionatının "pley-off" mərhələsinə yüksələn Xorvatiya millisində baş məşqçi dəyişikliyinin əleyhinə olduğunu söyləyib. Onun sözlərinə görə, Zlatko Daliç komandaya Ukrayna üzərində qələbə qazandıra bilibsə, yenə şans qazanmalıdır. Təcrübəli mütəxəssis həmvətənlərinin "pley-off"da Şimali İrlandiya ilə üz-üzə gəlmə ehtimalına da münasibət bildirib. O, seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda yer almış britaniyalıların Xorvatiya ilə qarşılaşmada heç bir şansa malik olmadığını söyləyib: "Düzdür, Şimali İrlandiya yaxşı komandadır, güclüdür, yüksək keyfiyyətli və mütəşəkkil komandadır, onlara qarşı oynamaq çətindir. Amma Xorvatiya yoldaşlıq görüşündə bu kollektivi yenmişdi. Fikrimcə, biz güclüyük və "pley-off"da rəqib Şimali İrlandiyaya olsa, Rusiyanı görəcəyik".

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə rəhbərlik edən R.Prosineçkini müqaviləsinin müddəti dekabrda başa çatır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...