Professordan SOCAR-a çağırış

Professordan SOCAR-a çağırış
 

"Biz qeyri-neft sektorunun inkişaf etdirilməsindən danışırıq. Əslində neft, neft-kimya, qaz-kimya sənayesi kifayət qədər böyük həcmdə əlavə dəyər formalaşdıra bilən sahələrdir. SOCAR daha çox neft kimyasına və qaz kimyasına, bu sahələrdə emal dərinliyinin çoxalmasına investisyalar yatırmalıdır"

 

"Neft kimyası və neft emalı, qaz kimyası və qaz emalı ilə bağlı olan sahələr Azərbaycan iqtisadiyatı üçün son dərəcə dəyərlidir və effektivlik göstəricilərinə görə yüksək səviyyədə olan sahələrdir”.


Bunu açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov bildirib.


Professor buna görə də bu istiqamətlərə investisiyaların vacibliyini vurğulayıb.


O qeyd edib ki, Azərbaycanda yüksək texnoloji sektorun inkişafı nöqteyi-nəzərdən neft kimyası, qaz kimyası ən prioritet istiqamətlərdən biri kimi qəbul olunmalıdır: "Biz iqtisadiyyatımızın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsindən danışırıq. Bu, təbiidir. Amma məsələnin daha çox məhz qeyri-neft sektorunun deyil, qeyri-xammal sektorunun inkişafından ibarət olduğunu bildirməliyik. Əslində neft, neft-kimya, qaz-kimya sənayesi kifayət qədər böyük həcmdə əlavə dəyər formalaşdıra bilən sahələrdir”.

 

Professor bildirib ki, bu sahələrdə əlavə dəyər dərinliyi, təxminən, 10 dəfə, bəzi hallarda ondan da çox olur:

 

"Azərbaycanın bu istiqamətdə böyük potensialının, ciddi ənənələrinin olmasını nəzərə aldıqda düşünürəm ki, ölkə iqtisadiyyatının sistem formalaşdıran qurumu olan SOCAR daha çox neft kimyasına və qaz kimyasına, bu sahələrdə emal dərinliyinin çoxalmasına investisyalar yatırmalıdır. Sevindirici haldır ki, Azərbaycanda bu istiqamətlərə son illər diqqət artırılır. Hesab edirəm ki, ardıcıl şəkildə bu diqqət artırılmalıdır. İnvestisiya potensialı baxımından da Azərbaycanın bu sektora investisiyalarının yüksəlməsi və tədricən qonşu ölkələrlə, ilk növbədə post-Sovet məkanı çox mühüm satış bazarı kimi bu ölkələrlə əlaqələrimizin genişlənməlidir. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatının yaxın 10 illikdə əsas perspektiv inkişaf istiqaməti elə bundan ibarətdir”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...