Problemli kreditlərlə bağlı kompensasiya ödənişinin vaxtı məlum oldu

Problemli kreditlərlə bağlı kompensasiya ödənişinin vaxtı məlum oldu
Problemli kreditlərlə bağlı kompensasiyaların qaytarılması və kreditlərin restruktrizasiyası ilə bağlı mexanizm martın 15-də açıqlanacaq. Kompensasiyaların verilməsinə isə ən geci aprel ayının ortalarından başlanılacaq.

 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, banklarda bu kreditlərlə bağlı xüsusi İşçi qrup işləyir və hər bir müştəri ilə bağlı məlumatların toplanılması sona çatmaq üzrədir.


 

İşçi qrupa bankın kredit, müştəri şikayəti üzrə mütəxəssisləri, İdarə Heyətinin üzvləri daxildir.


 

Hazırda banklar gərgin rejimdə çalışırlar və gün ərzində həm telefon zənglərinə, həm də banka gələn müştərilərə məlumat verilir.


 

Problemli kreditlərin çox olduğu banklarda bəzən mindən çox zəngə cavab vermək lazım gəlir, üstəlik, hər bir verilən sual rəsmiləşdirilərək, günün sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilir.


 

Qeyd edək ki, ölkə banklarının arasında problemli kreditlərin həcminə görə "Bank of Baku” ASC və "Unibank” ASC-də daha çox müştəri var. Ona görə də bu bankların şöbə və filialları "yüklənmiş iş rejimi”ndə çalışırlar. Xüsusən banklardan kredit tarixçələri ilə bağlı çıxarış alanların sayı çoxdur.

 

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, banklar tərəfindən bu proses elektronlaşdırılacaq və vətəndaşın adına kart açılacaq. Banklar hər bir müştəriyə zəng vuraraq ona bütün məlumatları çatdıracaqlar və növbəli qaydada kompensasiyalar ödəniləcək. Aprelin ikinci yarısıından sonra əlaqə saxlanılmadığı halda vətəndaşın banka müraciət etməsi məsləhət görülür.


 

V.Bayramovun sözlərinə görə, kredit götürənin əvəzinə borcu zamin ödəyibsə, ona fərdi yanaşma tətbiq ediləcək və kompensasiyanın ödənişindən onlar da yararlanacaqlar.


OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...