Problemli kreditlər üzrə kompensasiya ödənişi qaydası müəyyən olunub

Problemli kreditlər üzrə kompensasiya ödənişi qaydası müəyyən olunub
Azərbaycanda "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası" hazırlanıb.

Sfera.az xəbər verir ki, qaydaya əsasən, fiziki şəxsin 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır.

Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilir.

Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir.

Banklar və poçt rabitəsinin milli operatoru 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini onlar tərəfindən emissiya edilmiş və kompensasiya veriləcək şəxsin adına olan ödəniş kartlarına köçürməklə həyata keçirirlər. Banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar banklar və poçt rabitəsinin milli operatoru tərəfindən pul köçürməsi (fiziki şəxsin adına bank hesabı açılmadan nağd pulun onun xeyrinə köçürülməsi əməliyyatı) yolu ilə verilir.

Kompensasiyanın verilməsini həyata keçirən bank və ya poçt rabitəsinin milli operatoru tərəfindən həmin ödəniş kartının verilməsinə və həmin ödəniş kartı ilə həyata keçirilən əməliyyatlara, habelə pul köçürməsinə görə komisyon haqların tutulmasına yol verilmir.

Ödəniş kartları banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 1 il müddətə emissiya olunur.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...