“Problemli kreditlər o vaxt həllini tapacaq ki...” - iqtisadçı rəyi

“Problemli kreditlər o vaxt həllini tapacaq ki...” - iqtisadçı rəyi
İqtisadçı ekspertlər bir daha çıxış yolu göstərdilər
Son vaxtlar Azərbaycanda ciddi struktur islahatları aparılır. Son olaraq, ölkə başçısının sərəncamı ilə bir neçə qurumun ləğv edilməsi, yaxud birləşdirilməsi buna əyani sübutdur. Görülən bu və ya digər işlərin fonunda Azərbaycanda problemli kreditlərin həllini tapmaması da müzakirə mövzusudur. Qeyd edək ki, ötən il kreditli problemlərin həcmi 400 milyon artaraq 1,5 milyarda çatıb.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov  açıqlamasında öncə bu borcların əhəmiyyətli hissəsini xarici valyutada götürülmüş kreditlər üzrə borclar təşkil etdiyini xatırlatdı: "Manatla və xarici valyutada borcların son illərdə, xüsusilə də manatın iki kəskin devalvasiyasının baş verdiyi 2015-ci ildən sonra necə artdığına nəzər salsaq, xarici valyutada götürülmüş kreditlərin ödənişi üzrə mənzərənin daha acınacaqlı olduğunu görərik. Ümumi ənənə manatla olan gecikən kreditlərin həcminin getdikcə azaldığını göstərir. Belə ki, ötən ilin 11 ayında milli valyutada olan kreditlər üzrə gecikmələrin həcmi 2015-ci illə müqayisədə 8 milyon manat azalıb. Bütövlükdə bu yaxşı hal olsa da xarici valyutada olan kreditlər üzrə mənzərə tamamilə fərqli və acınacaqlıdır. Ötən ilin son aylarında xarici valyutada olan kreditlər üzrə gecikmələrin həcmində bəzi azalmalar müşahidə edilsə də bütövlükdə xarici kreditlər üzrə problemə çevrilmiş ödənişlərin həcmi olduqca böyükdür. Belə ki, keçən ilin 11 ayında xarici valyutada olan kreditlər üzrə gecikmələrin həcmi 2015-ci illə müqayisədə 666 milyon manat və ya 4,3 dəfə artıb. Ümumi mənzərə onu göstərir ki, vətəndaşların manatla götürdükləri kreditləri ödəmək sahəsində elə də ciddi problemləri olmasa da milli valyutanın 2015-ci ildəki iki kəskin devalvasiyası və bundan sonrakı dövrdə onun məzənnəsinin son olaraq 2,2 dəfə artaraq - 1 dollar üçün 0,78 qəpikdən 1,7 manata qədər ucuzlaşması insanları xarici valyutada götürdükləri kreditlərin geriyə ödənilməsində problemlərlə üz-üzə qoydu. Vətəndaşın yalnız manat gəlirləri ilə formalaşan və artmayan ailə büdcəsi onlara bu kreditləri qarşılamağa imkan vermədi. 2015-ci ildən etibarən bundan məharətlə istifadə edən, özünə hesabat verməyən, vətəndaşın və hətta dövlətin maraqlarını öz maraqlarına dəyişməyə hazır olan, əksər banklar insanları bu kreditlərin məngənəsində sıxmağa başladılar.

Bu illər ərzində müxtəlif təzyiq üsullarından istifadə edərək vətəndaşlara güzəştə getməyi bacarmayan bu banklar bununla öz vəziyyətlərini də kifayət qədər pisləşdirmiş olurlar. Vətəndaşlara xarici valyutada bahalı kreditlər təklif edərkən banklar bilməliydilər ki, vətəndaş devalvasiya olmadan belə o krediti geri qaytara bilməyəcək. Bu gün banklar müxtəlif yollarla vətəndaşlardan bu kreditləri geri almaqda davam edirlər. Və ən acınacaqlısı budur ki, bir çox banklar vətəndaşın ödədiyi məbləği kredit üzrə əsas borcun azalmasına deyil, faiz və cərimələrin ödənilməsinə aid edib, əsas borcu dəyişmirlər. Bununla da vətəndaşın ödədiyi pullar bank üçün daimi gəlir mənbəyinə çevrilir. Vəziyyətdən çıxışın hansı yolları var? Bu yollar var və onlar bir o qədər də mürəkkəb deyil. Məsələn, bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verərək kredit kartları üzrə vətəndaşların müxtəlif banklara olan borclarının Ziraət Bankı tərəfindən ödənilməsinə və bu borcların Ziraət Bankında toplanmasına gediləcəyini bəyan etdi. Borclu vətəndaşlar bundan sonra bu borcları ailə büdcələrinin imkanlarına uyğun olaraq müəyyən ediləcək müddətdə xüsusi olaraq tərtib olunacaq qrafiklə hissə-hissə həmin banka ödəyəcəklər. Hesab edirəm ki, buna bənzər bir addımı da biz ata bilərik. Manatın kəskin ucuzlaşmasına qədər xarici valyutada kredit götürmüş və bu gün həmin borcun məngənəsində sıxılan vətəndaşlarımız artıq bir neçə ildir ki, səbirsizliklə hökumətin belə bir addımı atmasını arzu edirlər”.

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda ilk devalvasiyadan sonra qərarlar qəbul edilsəydi, müəyyən mexanizmlər yaradılsaydı, problemli kreditlərin məsələsi bu qədər uzanmazdı: "İkinci devalvasiyadan sonra vəziyyət daha da gərginləşdi. Təxminən 700 min vətəndaşın problemli krediti var. Bu məsələni vətəndaş və banklar vasitəsilə həll etmək mümkün deyil. Əhalinin gəlirləri sürətlə artmır ki, vətəndaş öz hesabına bunu bağlaya bilsin. Bankların da elə bir gücü yoxdur ki, öz daxili qazancları, vəsaitləri hesabına problemli kreditləri bağışlasınlar. Birinci devalvasiyadan sonra belə bir təkliflə çıxış etmişdik ki, məsuliyyətin üç yerə bölünməsi ilə bağlı qanun layihəsi hazırlansın. Bununla heç olmasa 3/1 hissə vətəndaşın üzərində qalardı. Qalanlarını bu şəkildə dövlət və bank həll edərdi. Təəssüflər olsun ki, bu təklifimiz o zaman qəbul olunmadı. Nəticədə bu gün də problemli kreditlərin şişməsinin şahidi oluruq. Dövlətin bu istiqamətdə addımlar atmaması həm həcmi artırır, həm də bankları ağır duruma salır. Bu, öz-özünə çözülən məsələ deyil. Bank sektoru üçün çox ciddi problemlər yaranmaqdadır. Problemin həll edilməməsi ən çox maliyyə mənbəyi ilə bağlıdır. Düşünürəm ki, bunu üzərinə götürən maliyyə mənbəyi olmalıdır. Bu da ya Neft Fondu, ya büdcə, ya da Mərkəzi Bankın ehtiyatları ola bilər. Başqa maliyyə mənbəyi yoxdur. Problemli kreditlərdə söhbət 1,8 və ya 1,9 milyarddan gedir. Mənə elə gəlir ki, hökumətdə belə bir fikir var ki, əgər bu kreditləri bağışlasaq, yaxud bu məsələni həll etsək, əhalidə arxayınçılıq yarana bilər, indi götürülmüş kreditlərin də geri qaytarılması axsaya bilər. Əslində bu o qədər də doğru yanaşma deyil. Çünki bank sektorunda stresli durum davam edir. Rəsmi rəqəmlərə görə, bankların xeyli hissəsi hələ də ziyanla işləyir. Bu da iqtisadi proseslərə mənfi təsir göstərir”.musavat

OXŞAR XƏBƏRLƏR

Ukraynada öldürülən rus əsgərlərinin sayı AÇIQLANDI

Ukrayna müharibəsinin ikinci ilində 27 mindən çox rus əsgəri həlak olub.   Sfera.az bildirir ki, bu barədə “BBC” araşdırma aparıb. &n...

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş ...

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək" - RƏSMİ

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi ...

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra etdilər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər....

Energetika naziri ABŞ-yə səfər etdi

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə ABŞ-yə səfər edib.   Nazirlikdən Sfera.az-a ver...

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Birinci sinfə qəbul üzrə qeydiyyat tarixləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin...