AdRiver
Prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər – SİYAHI

Prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər – SİYAHI

 Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 2 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Sfera.az xəbər verir ki, bununla prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.

Növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır:

Azərbaycan Prezidenti İlham Əliyev – prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev – prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Oruc – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Fərəc Quliyev – prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadə – prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Asif Məmmədov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Razi Nurullayev – prezidentliyə namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Elşən Həsənov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Hafiz Hacıyev – prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev – prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Tural Abbaslı – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Anar Umudov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Ramazan Bəkirov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Əli Əliyev – prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülüb;

Sərdar Məmmədov – prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR


---