Prezidentliyə namizədlərin vədləri: \"Mən seçilsəm...\"

Prezidentliyə namizədlərin vədləri: \
Bildiyimiz kimi qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Prezident olmaq istəyənlər təbii ki, bir vəd ilə xalqdan səs istəməlidirlər. 

Sfera.az saytı prezidentliyə namizədlərin xalqa hansı vədləri verdikləri ilə maraqlanıb. 

Müasir Müsavat Partiyasının lideri Hafiz Hacıyev prezident seçiləcəyi təqdirdə şahların qanun yox, qanunların şah olacağını bildirib:

 
 
"Mən prezident seçilərsəm, ilk növbədə Dağlıq Qarabağ məsələsini həll edəcəm. Paytaxtı Bakıdan Xankəndinə köçürəcəm. İlk növbədə korrupsiyaya qarşı ciddi işlər başlayacaq. Müəllimlərin maaşı ən az 600-700 AZN, həkimlərin 800-1000 AZN olacaq. Əhalini sosial borclardan azad edəcəyəm. Məsələn su pulu, işıq pulu, qaz pulu kimi ödənişlər olmayacaq. Bəzi insanlar iqtisadi baxımdan bunların həyata keçə biləcəyini düşünmür, amma onlara demək istəyirəm ki hər nazirdən və milyonçudan 1 milyon alsaq, bunları həyata keçirmək olar. Mən Azərbaycanda şahın qanun yox, qanunun şah olmağını  istəyirəm”.
 
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev xalqı pafosdan uzaq real həyata dəvət etdiyini deyib: 


"Birincisi, xalqa pafosdan uzaq və real hərəkətlərə söykənən. Dağlıq-Qarabağ münaqişəsinin az itki ilə bir il ərzində həll olunmasının konsepsiyasını təqdim edəcəyəm. İkincisi, xalqın sosial problemlərinin həlli üçün əvvəllər də qeyd etdiyim kimi, hər bir ailənin bank hesabına Neft Fondu və dövlət büdcəsi, o cümlədən digər resurslar vasitəsilə 10,000 AZN vəsait köçürəcəyəm ki, onlar şəxsi ailə biznesini qura bilsinlər. Üçüncüsü, manatın ölməsi nəticəsində banklara dollar hesabı ilə borclu qalan vətəndaşların 1000 dollara qədər olan borclarının bağışlanmasını həyata keçirəcək, 10,000 dollara qədər olan borcların isə 1.05 qəpikdən ödənməsinə qərar vermək əzmindəyəm. Dördüncüsü isə, Azərbaycanın Tarixi İpək Yolu layihəsində daha güclü iştirakçı olmasına və nəinki regionun, həm də dünyanın aparıcı nəqliyyat və enerji mərkəzinə çevrilməsinə nail olacağam. Ölkənin biznesin aparılması və inkişafı üzrə dünya reytinqində ilk onluğa düşməsinə nail olacağam ki, bu da milyonlarla yeni iş yerinin yaranmasına gətirib çıxaracaq”.


Ağ Partiyanın sədri Tural Abbaslı ilk növbədə qanunda nəzərdə tutulan qanunvericiliyin işləməsinə nəzarət edəcəyini açıqlayıb: 


"Fikrimcə hər prezident ilk növbədə qanunda nəzərdə tutulan qanunvericiliyin işləməsinə  nəzarət etməlidir. Qanunun aliliyini qoruyub saxlamalıdır. Ədalət məhkəməsini təmin etməlidir. Şəffaf və rəqabətli bir model qurmalıdır. Torpaqların azad edilməsi üçün real addımlar atılmalıdır ki, bu da ordunun gücləndirilməsinə gətirib çıxarmalıdır. Düzgün beynəlxalq addımlar atılmalıdır. İş saatlarının tənzimlənməsi, pensiyaların artırılması, işsizliyin aradan qaldırılması, gənclərin vaxtlarının səmərəli təşkil olunması və.s. Təhsil və səhiyyənin gücləndirilməsi sahəsində çalışmaq lazımdır. Bunların hamısı üçün iqtisadiyyatın gücləndirilməsi lazımdır. Və bunun üçün yeni dünya kəşf etməyə ehtiyac yoxdur, dünyada müxtəlif inkişaf modelləri var. O modellərdən birini seçib inkişaf etdirmək lazımdır”.


Prezidentliyə namizədliyini irəli sürən millət vəkili Zahid Oruc namizədlərin realist olmasının əhəmiyyətinə diqqət çəkib: 


"Bu ölkənin yaxşı gələcəyini axtaran hər kəs, o cümlədən prezidentliyə namizədliyini irəli sürən insanlar da realist olmalıdır. Ona görə də, bu kampaniyada iştirak edən insanların düşüncəsi imkan verməlidir ki, onlar siyasi gücün kimin tərəfində olduğunu görsünlər. Bu mövzuda bizim üçün seçki mübarizəsində idealarını cəmiyyətə çatdırmaq düzgün düşüncələrin bölüşməsi onlarla keçirəcəyimiz görüşlər sayəsində ötən dövrdən bu yana tariximizin realist addımlarındandır. Hüquqi cəhətdən seçki zamanı səs çoxluğu ilə bir şəxs qalib elan olunur. Amma yerdə qalan namizədləri də məğlub saymaq olmaz.Çünki, bir daha söyləyirəm ki, dövlət idarəçiliyi həyatına,insanlara, cəmiyyətə yaxşı fikirləri çatdırmaq öz-özlüyündə nəticədir.Söz qüdrətlidir, sözün gücü kəsərlidir. Bu mənada prezident seçilsəm sözündən çox, istəyərdim bele qiymətləndirəsiniz ki bu kampaniyadaki hər addımımı, fikirimi çatdırmaq  xalq üçün mühim nəticə olacaq”.

Nihat HÜSEYNZADƏ

OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...