Prezidentlərin gözəgörünməz oxşarları- Şok faktlar

Prezidentlərin gözəgörünməz oxşarları- Şok faktlar

Ölkə başçılarının oxşarlarının olması həmişə maraqlı araşdırma mövzusu olub. Adətən oxşarlar cəmiyyətdən təhlükəsizlik məqsədi ilə gizlədilir.

 

Dünya liderlərinin oxşarlarının  müxtəlif dövlət tədbirlərində öz oxşarlarını əvəz etməsi tarixdə hələ qədimdən mövcuddur. Hələ Qədim Romada bu üsuldan istifadə edərək imperatorların təhlükəsizliyini təmin edirdilər. Dünyada ən çox sui-qəsdə məruz qalan imperator Qay Yuli Sezarın  bir neçə oxşarı olub.

 

Müasir dünya liderləri bir neçə oxşarlarının xidmətindən istifadə edirdilər. İraq diktatoru Səddam Hüseynin həyatının son ayları yəqin ki, hamı üçün maraqlıdır.

 

2006-cı ildə asılaraq edam olunan Səddam Hüseynin bu dəhşətli sonluğu bütün dünyanı şoka saldı. Ancaq o edam edildikdən sonra onun özü yox oxşarının edam edilməsi dünya gündəmindən düşmədi. İraq diktatorunun 10 oxşarının olmasını hətta diktatorun yaxınları da təsdiq edirdilər.

Suriya lideri Bəşər Əsədin də bir neçə oxşarı olması danılmaz faktdır. 10 dəqiqə aralığında iki rəsmi tədbirdə Bəşər Əsədin görünüşü bütün dünya mətbuatını çaşdırmışdı. Suriya dövlət administrasiyasının səhvi nəticəsində ölkə lideri 2016-cı ildə iki dövlət tədbirində iştirak etmişdi. Bu fakt dünya liderlərinin bir neçə oxşarı olması versiyasını təsdiqləyir. Şimali Koreya lideri Kim Çen İnin də oxşarlardan istifadə etməsi danılmaz faktdır.

Bu ölkə liderlərinin təhlükəsizliyi üçün atılan ən vacib addımlardan biridir.

 

Hakimiyyətdə olanların liderlər həm düşmənləri, həm də müttəfiqlərini aldatmaq üçün öz oxşarlarından istifadə etmələri təəccüb doğurmur.

ABŞ-da prezidentlər bu təcrübədən  çoxdan istifadə edirlər.

 

İlk prezidentliyin dövründə Corc Vaşinqton iki oxşarının xidmətindən istifadə edirdi.  Hətta iddia edilir ki, 1 dollarlıq əskinazın üzərindəki şəkil Corc Vaşinqtona yox, onun oxşarı  Adam Weishaupta məxsusudur. Çünki aparılan araşdırmalar bunu deməyə əsas verir.

ABŞ kimi keçmiş SSRİ-də də oxşarlardan istifadə ediblər. Sovet hakimiyyəti illərində ən çox oxşarı olanlardan biri Leonid Brejnev olub. Ancaq öz qəddarlığı ilə seçilən İosef Stalinin də bir neçə oxşarı olub.

 

Bu oxşarlar içərisində Sovet ordusunun Qafqaz əsilli generalı Rəşid Dadayevin xüsusi yeri var idi. KQB də " FELİX " kod adı ilə tanınan Rəşid Dadayev , Stalinə qarşı suiqəst təhlükəsi olduğu üçün 1942-ci ildən etibarən Stalinin dublyoru olaraq bir çox tədbirlərə  iştirak edirdi. Onun danışıq tərzi, səs temperi də Stalinin səs temperinə çox oxşayırdı. Rəşid Dadayev danışanda onu ən yaxın adamları belə ayırd edə bilmirdi. 

Hətta  4–11 fevral 1945-ci ildə keçirilən Yalta konfransında Stalinin deyil, Rəşid Dadayevin iştirak etdiyi bildirilir. Rəşid Dadayev bunu öz müsahibələrinin birində də təsdiq edib.

 

30 aprel 1945-ci ildə Berlində  bunkerdə Adolf Hitler və həyat yoldaşı Eva Braun intihar etməsi xəbəri yayıldı.

Amma həqiqətən intihar edən Adolf Hitler idi? Çünki 42 sui-qəsdən Hitler sağ çıxmışdı. İntihar edən şəxsin  onun oxşarı Qustav Velerin olması iddiası uzun illərdir davam edir.  Hətta Hitlerin ömrünün sonuna qədər Cənubi Amerakada yaşadığı iddia edilir. Maraqlı məqam isə Hitlerin intihar etdiyi bunkerdə Qustav Velerin Hitlerlə bir yerdə olduğunu söyləyən şahidlərin söylədikləri idi. Hitlerin harada olduğunu heç onun yaxınları da bilmirdi.

Bəzi məlumatlara görə, müharibə əvvəli və müharibə zamanı Hitler dəfələrlə müxtəlif adamları onun həmkarları kimi istifadə edirdi. Onlardan biri - Julius Shrek Fuhrer ilə olduqca oxşar idi.

 

Ruslar Velerin cəsədi tapdıqda, onlar Hitlerin cəsədi olduğuna inandılar.

 

Bu gün çox oxşarı olan prezidentlərdən biri Rusiya prezidenti Vladimir Putindir. Hətta rusiyalı jurnalistlər zarafatla biri-birinə, bu gün hansı Putinlə görüşürük?- deyə soruşurlar. Putinin qısa zaman ərzində dəyişimi jurnalistlərin şübhəsinin əbəs olmadığını ortaya qoyur.

 

Qoşqar  Salmanlı

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...