evli_wedding_2605230b

Prezidentin uğurlu siyasətinə ləkə gətirən kadr-Tariyel Məmmədov

Share Button

Gəncə şəhərində məskunlaşmış Kəlbəcər rayonunun Bağırlı kəndindən məcburi köçkün Abbaslı Şamil Məhəmməd oğlu Gəncə şəhər 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədovdan şikayətçidir. Abbaslı Şamil Məhəmməd oğlu məhkəmədə iddia qaldıraraq göstərib ki, 99 XD 932 nömrə nişanlı "Ford Transit” markalı avtomobil ona məxsus olub. Tanıdığı Gəncə şəhər sakini Rzayev Seymur Akif oğlu onun etibarından sui-istifadə edərək həmin maşını alacağını bildirib. Hətta ona 3000 manat beh verib. Sonra həmin avtomaşına saxtakarlıqla etibarnamə düzəltdirib 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədovun köməkliyi ilə öz adına sənədləşdirib və üçüncü şəxsə satıb. Kəpəz rayon Məhkəməsi Ş.Abbasovun iddiasını təmin edib. Avtomobilin alqı-satqı və qeydiyyat sənədləri etibarsız hesab edilib və iddiaçıya qaytarılmasına dair 19.11.2015-ci il tarixdə qətnamə çıxardıb. Amma təəssüf olsun ki, sənədləşmə işində adı hallanan Tariyel Məmmədov və Seymur Rzayev cinayət məsuliyyətinə cəlb edilməyiblər. Axı bu necə olur, etibardan sui-istifadə edib dəyəri 18 000 dollardan çox olan avtomobili saxtakarlıqla sənədləşdirən şəxsin barəsində heç bir tədbir görülmür? Hakim bu şəxslərin əməllərinə hüquqi qiymət vermədi. Şikayətçi hüququnun pozulması ilə bağlı Cənab Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova və Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edərək, məsul şəxslərin cəzalandırılmasını istəyib. Lakin hələ də cinayətkarlar cəzalandırılmayıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Share Button

DİGƏR XƏBƏRLƏR