Prezidentin qardaşı barədə hökm çıxarılıb
13:50 / 01.10.2019
1364
İran prezidenti Həsən Ruhaninin qardaşı 5 il müddətinə azadlıqdan məhrum edilib.
Sfera.az bildirir ki, bu barədə İranın Məhkəmə Sisteminin rəsmisi məlumat verib.
Bildirilib ki, Hüseyn Feredun rüşvət almaqda təqsirli bilinərək azadlıqdan məhrum olunub. Məhkəmənn qərarına əsasən, İran hökuməti başçısının qardaşı iri məbləğdə cərimə də ödəməlidir.
Qeyd edək ki, Hüseyn Feredun 2017-ci ildə həbs edilib.