Prezidentin Qarabağ mesajı: Xankəndinə gedən yol...

Prezidentin Qarabağ mesajı: Xankəndinə gedən yol...
"Dövlət başçısı Azərbaycan Ordusunun 2018-ci ildə əldə etdiyi uğurları təsadüfən xatırlatmadı."

Bu sözləri Prezident İlham Əliyevin Yeni il təbrikində Dağlıq Qarabağla bağlı çıxışını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ötən il Azərbaycan Ordusu çox önəmli uğurlara imza atdı:

"Belə ki, ordumuz Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində ümumi həcmi 11 min hektardan çox olan neytral zonaya nəzarəti ələ keçirdi. Bu ərazilər münbit torpaqlardan ibarət olmaqla bərabər, eyni zamanda, xüsusi strateji əhəmiyyətə də malikdir. Günnüt kəndi və Qızılqaya silsilə yüksəkliyinin çox böyük strateji əhəmiyyəti var. Çünki həmin ərazilərdən Ermənistanın az qala yarısına, kommunikasiya xətlərinə və yol infrastrukturlarına nəzarət etmək mümkündür. Hətta bu ərazidən Ermənistandan Xankəndiyə gedən yola da nəzarət etmək və oranı atəş altında saxlamaq olar. Təkcə Qızılqaya yüksəkliyi İrəvana sarsıdıcı raket və artilleriya zərbələri endirməyə imkan verir.

Azərbaycan Ordusunun 2018-ci ildə Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində həmin ərazilər tam infrastrukturla təmin edilib, orada bir neçə post tikilib, lazımı bütün döyüş silahları və əsgəri heyət yerləşdirilib. Beləliklə, Azərbaycan Ordusu həmin neytral ərazilərə tamamilə nəzarət etməsi nəticəsində çox böyük strateji üstünlüklər əldə edə bilib. Bu baxımdan da hesab edirəm ki, dövlət başçısı Azərbaycan Ordusunun 2018-ci ildə əldə etdiyi uğurları təsadüfən xatırlatmadı. Əldə olunan nailiyyətlər müharibə baş verəcəyi təqdirdə Azərbaycan Ordusunun uğurlu əməliyyatlar aparmasına yol açacaq”.Axar.az

OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...