Prezidentin müşavirəsində ürəyi gedən icra başçısı haqda maraqlı faktlar

Prezidentin müşavirəsində ürəyi gedən icra başçısı haqda maraqlı faktlar

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Yenisabah.az-a müsahibəsində maraqlı fakt açıqlayıb. AVP sədri bildirib ki, 4-5 il əvvəl ölkə başçısı İlham Əliyevin keçirdiyi müşavirədə icra başçılarından birinin ürəyi gedib. Lakin o, ad çəkməyib. 

"Mənin yadıma gəlir ki, 4-5 il əvvəl ölkə başçısı Biznes Mərkəzində keçirdiyi müşavirədə icra başçılarını çox ciddi şəkildə tənqid etmişdi. Eyni zamanda onlara sərt xəbərdarlıq olunmuşdu. O zaman müşavirədə iştirak edənlərdən bəzilərinin söylədiklərindən, mediada gedən xəbərlərdən aydın olurdu ki, hətta həmin müşavirədə icra başçılarından birinin ürəyi gedib”, -deyə Fəzail Ağamalı bidirib.

Sfera.az-ın apardığı araşdırmalar nəticəsində bəlli olub ki, söhbət Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevdən gedir. Prezident İlham Əliyevin keçirdiyi həmin müşavirə isə 2013-cü ilin fevral ayına təsadüf edir. O zaman mediada gedən xəbərlərə görə, ölkə başçısı müşavirədə İsmayıllının o zamanki icra başçısı Nazim Ələkbərovu, İmişlinin icra başçısı Vilyam Hacıyevi və Elmar Vəliyevi sərt tənqid edib. Bu zaman Elmar Vəliyevin burnundan qan açılıb və o özündən gedib. Hadisə yerinə təcili yardım çağırılıb.  

O zaman yayılan məlumatlarda iddia edilirdi ki, ölkə başçısının Elmar Vəliyevlə kəskin danışması keçmiş icra başçısının Gəncədə ciddi narazılıq yaradan əməlləri və mərhum polis generalı Rasim Musayevlə bağlı insident olub. 

Rasim Musayev Gəncənin polis rəisi olub. 20 Yanvar facisəsinin anım günü Elmar Vəliyev Gəncənin bir sıra şəxslərinə hücum edib. Bu isə şəhərdə gərginliyə səbəb olub. Rasim Musayev bununla bağlı Elmar Vəliyevlə görüşüb. Lakin tərəflər arasında mübahisə yaranıb və onlar əlbəyaxa olublar. O zaman yayılan məlumatlarda bildirilirdi ki, Rasim Musayev baş zərbəsi ilə Elmar Vəliyevi yerə sərib. Bundan sonra isə işdən çıxması barədə raport yazıb. (yenisabah.az)


OXŞAR XƏBƏRLƏR

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...