Dünya

Prezidentin impiçmenti haqqında qanun qəbul edildi

Prezidentin impiçmenti haqqında qanun qəbul edildi
 

Ukrayna Ali Radasının bu gün keçirilən sessiyasında "Ukrayna Prezidentinin vəzifəsindən uzaqlaşdırılmasına dair xüsusi prosedur (impiçment) haqqında”  1012 saylı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Sfera.az xəbər verir ki, layihənin lehinə 245 deputat səs verib.

Qanun layihəsi Ukrayna Prezidentinin fəaliyyəti bəyənilmədiyi halda onun vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırılmasını nəzərdə tutur. Prezidentin impiçmenti Ali Rada deputatlarının səs çoxluğu ilə qəbul oluna bilər.

Dövlət başçısı ittiham olunduqdan sonra parlament Ukraynanın Konstitusiya və Ali məhkəmələrinə Prezidentin impiçmenti haqqında qərar çıxarılması üçün müraciət edəcək.

Prezident də öz növbəsində müdafiəçilərin xidmətlərindən istifadə edə bilər.

Sənəddə o da vurğulanır ki, iclasda dövlət sirri açıqlanmayacağı təqdirdə impiçment dinləmələri açıq olmalıdır.

Xatırladaq ki, Vladimir Zelenski prezident seçkiləri kampaniyası dövründə Ukrayna Prezidentinin impiçmenti haqqında qanunun qəbul olunacağını vəd etmişdi.

Onu da xatırladaq ki, bundan əvvəl  Ali Rada V.Zelenskinin təşəbbüsü ilə deputat toxunulmazliğını ləğv edib.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30