Prezidentin çıxışından sonra insanlar ayaq altında qalıb öldü

Prezidentin çıxışından sonra insanlar ayaq altında qalıb öldü
Nigeriyanın cənubundakı Rivers ştatında prezident Məhəmməd Buxarinin seçkiqabağı çıxışından sonra yaranan sıxlıqda - izdihamda azı 14 nəfər həlak olub.

Bu barədə "Report" yerli "Vanguard" nəşrinə istinadən bildirir.

Nəşrin məlumatına görə, prezidentin seçkiqabağı mitinqi Port-Harkort şəhərindəki stadionda keçirilib. İzdiham o, stadionu tərk edəndən sonra yaranıb. İnsan sıxlığı zamanı bir neçə nəfər yerə yıxılıb və insanların ayaqları altında qalıblar.

"Mən 14 nəfərin həlak olduğunu təsdiqləyə bilərəm... Rəqəmlər dəyişə bilər. Xəsarət alanlar həkim nəzarəti altındadır", - deyə Port-Harkortdakı xəstəxananın nümayəndəsi Kem Daniel-Elebiqa bildirib.

Nigeriyada Milli Məclisə və ölkə prezidentliyinə ümumi seçkilər fevralın 16-da keçiriləcək.

Daha əvvəl Nigeriyanın Zamfara ştatının kəndlərinə silahlı şəxslərin hücumu nəticəsində azı 26 nəfər qətlə yetirilib.


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...