Prezidentdən əhalini sevindirəcək qərar - Aylıq müavinətlər artırıldı
18:23 / 21.02.2018
921
Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Sfera.az-ın məlumatına görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.