Prezidentdən 22 milyonluq SƏRƏNCAM

Prezidentdən 22 milyonluq SƏRƏNCAM
Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

 
Sfera.az-ın məlumatına görə, sərəncama əsasən, Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

OXŞAR XƏBƏRLƏR