Prezident Zaha Hadidlə bağlı başsağlığı verib

Prezident Zaha Hadidlə bağlı başsağlığı verib
Prezident İlham Əliyev dünya şöhrətli memar Zaha Hadidin dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün tvitter hesabında yazıb.
Qeyd edək ki, Zaha Hadid O, 2014-ci ildə Heydər Əliyev mərkəzinin dizaynına görə London muzeyinin mükafatına layiq görülüb.
65 yaşında dünyasını dəyişən memar Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü seçilib və akademik Mikayıl Hüseynov adına medalla təltif olunub.

OXŞAR XƏBƏRLƏR