Prezident və xanımı mədəniyyət xadimləri ilə görüşdülər

Prezident və xanımı mədəniyyət xadimləri ilə görüşdülər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

Sfera.az bildirir ki, bu barədə Prezidentin Mətbuat ximətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Uzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov və başqaları çıxış ediblər.

Sonda Prezident İlham Əliyev qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verdi.


OXŞAR XƏBƏRLƏR