Prezident Tofiq Nağıyevi “Şərəf” ordeni ilə təltif etdi
21:35 / 05.03.2021
1486
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Nağıyevin "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə Tofiq Murtuza oğlu Nağıyev "Şərəf” ordeni ilə təltif edilsin".