Prezident səfiri qəbul etdi

Prezident səfiri qəbul etdi

Prezident İlham Əliyev iyulun 24-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

Sfera.az AzərTac-a istinadən xəbər verir ki, Rafael Harpazın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlət başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səfir İlham Əliyevə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan ilə bağlı xoş xatirələr onun qəlbində daim yaşayacaq.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...