Prezident Respublika Prokurorluğunun bir qrup əməkdaşını təltif etdi – SİYAHI (YENİLƏNİB)

Prezident Respublika Prokurorluğunun bir qrup əməkdaşını təltif etdi – SİYAHI (YENİLƏNİB)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

“İgidliyə görə” medalı ilə:

 

Abdullayev Abdulla Həndəm oğlu

 

Bayramlı Qəzənfər Məmməd oğlu

 

Qubadov Səyyaf Mövsüm oğlu

 

Muradov Namiq Səyavuş oğlu

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

 

Abbasov Müşfiq Elman oğlu

 

Ağayev İsmayıl Ramiz oğlu

 

Aslanov Ədalət Kərəm oğlu

 

Azadəliyev Seyhun Cəbrayıl oğlu

 

Babayev Orxan Zahid oğlu

 

Əliyev Aydın Zöhrab oğlu

 

İsmayılov Tahir Sabir oğlu

 

Qafarov Ramiz Surxay oğlu

 

Qasımlı Mehman Balamirzə oğlu

 

Qocayev Emzar Eldar oğlu

 

Məmmədov Qasım Yasin oğlu

 

Mirzəyev Rəşad Ziyafət oğlu

 

Musayev Elnur Novruz oğlu

 

Musayev Fuad Möhübbət oğlu

 

Paşayev Sənan İsa oğlu

 

Rəhimov Daşqın Hidayət oğlu

 

Rüstəmov Xəyyam Yaqub oğlu

 

Rzayev Səttar Firid oğlu

 

Səfərov Faiq Rəsul oğlu

 

Süleymanov Rəfael Mürşüd oğlu

 

Şıxəliyev Nihad Ənvər oğlu.

 

X X X

 

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

 

Rəcəbov Nazim Hafiz oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi

 

Abbasov Elşən Akif oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd   Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi

 

Məcidov Ramil Abbas oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi

 

Məmmədov Anar Rəhim oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi.

Aysel

 

OXŞAR XƏBƏRLƏR