Prezident rəisə general-leytenant rütbəsi verdi
12:41 / 27.03.2019
4534
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinə rütbə verilməsi haqda sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncamla xidmətin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.