Prezident ona qarşı başladılan impiçment prosedurunu çevriliş adlandırıb

Prezident ona qarşı başladılan impiçment prosedurunu çevriliş adlandırıb
 

ABŞ Prezidenti Donald Tramp Konqresdə ona qarşı başladılan impiçment prosedurunu çevriliş adlandırıb.

Sfera.az bildirir ki,  bu barədə ABŞ Prezidenti "Twitter” səhifəsində bildirib.

"Hər keçən gün öyrəndiklərimdən belə qənaətə gəlirəm ki, baş verənlər impiçment deyil. Bu, xalqın gücünü, səsvermə hüququnu, azadlıqlarını, ABŞ vətəndaşı kimi din, ordu, sərhəd divarı, konstitusiyaya ikinci düzəlişlə bağlı və Tanrının verdiyi hüquqları onların əllərindən almağı məqsəd daşıyan bir çevrilişdir!”, - deyə D. Tramp vurğulayıb.

 

Qeyd edək ki, D. Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında iyul ayının 25-də baş tutan telefon danışığından sonra demokratlar bildiriblər ki, D. Tramp telefon danışığı zamanı V. Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib. Ağ Ev D. Tramp və V. Zelenski arasında baş tutmuş telefon danışığının mətnini yayımlayıb. ABŞ Prezidenti ukraynalı həmkarı ilə telefon danışığı zamanı bildirib ki, V. Zelenski Bayden məsələsinə baxsa, əla olar.

Ukrayna Prezidenti isə öz növbəsində vəd edib ki, yeni Baş prokuror bu məsələ ilə məşğul olacaq.

Artıq ABŞ Nümayəndələr Palatası Prezident D. Trampa qarşı impiçment proseduruna başlayıb. İmpiçmentdə ABŞ Prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir.

Bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru cəmi üç dəfə olub.


OXŞAR XƏBƏRLƏR

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz A...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...