Prezident Müdafiə nazirini itələdi - VİDEO

Prezident Müdafiə nazirini itələdi - VİDEO

Dünən Ukrayna Prezidenti Vladimir Zelenski hərbçilər üçün eksperiment modullarına baxış keçirən zaman Müdafiə naziri Stepan Poltorakı itələyib.

"Qafqazinfo”nun "Obozrevatel” nəşrinə istinadən verdiyi xəbərə görə, Ukrayna lideri ilk öncə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Ruslan Xomçak, Prezident ofisi rəhbərinin müavini Ruslan Ryaboşapka və adı açıqlanmayan daha bir kişi ilə söhbət edib.

Daha sonra o, anidən Müdafiə nazirini kobud şəkildə itələyib. 

Dövlət başçısının bu davranışının hansı səbəbdən qaynaqlandığı barədə məlumat yoxdur.

Zelenskinin nazirə qarşı sərt rəftarının əks olunduğu görüntülər KİV və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onu bu hərəkətinə görə dəstəkləyənlər olsa da, tənqid edənlər çoxluq təşkil edib.

Ruslan Ryaboşapka iddia edib ki, Zelenski Poltorakı itələməyib, sadəcə digər tərəfə keçməsini xahiş edib.




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...