Prezident Mahmud Məmməd-Quliyevi təltif etdi
17:08 / 14.02.2019
2162
Prezident İlham Əliyev Mahmud Məmməd-Quliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncamda qeyd olunur:
"Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.