Sİyasət

Prezident İlham Əliyev Vladimir Putinlə görüşəcək

Prezident İlham Əliyev Vladimir Putinlə görüşəcək
 

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Sfera.az bildirir ki,  bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüş oktyabrın 3-də Soçidə "Valday” beynəlxalq diskussiya klubunun sessiyası çərçivəsində baş tutacaq.

 

"Valday” beynəlxalq diskussiya klubunun sessiyasında Azərbaycan Prezidenti ilə yanaşı, İordaniya kralı II Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filippin Prezidenti Rodriqo Duterte də iştirak edəcəklər.

O qeyd edib ki, Rusiya Prezidenti adıçəkilən dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

"Valday” beynəlxalq diskussiya klubunun XVI illik iclası sentyabrın 30-dan oktyabrın 3-dək Soçidə təşkil olunacaq.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031