Prezident İlham Əliyev Təbrizdəki konsulumuzu geri çağırdı
19:14 / 05.04.2016
1307
Prezident İlham Əliyev Ə.F.Əlizadənin İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Fikrət oğlu Əlizadə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın".