Prezident İlham Əliyev Rodriqo Mayanı təltif etdi
18:11 / 31.10.2016
1307
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki,
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".