Prezident İlham Əliyev NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 16-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdıran xüsusi nümayəndə Ceyms Appaturay prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahına son səfərini və keçirdiyi görüşləri xatırladı.

Dövlətimizin başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə Davosda keçirdiyi müzakirələr zamanı görüşdüyünü məmnunluqla qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olmasının razılıq doğurduğu vurğulandı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfə yüksək qiymətləndirildi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, NATO-nun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bölüvlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.


OXŞAR XƏBƏRLƏR

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...