Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edir - FOTO
09:12 / 01.03.2017
939
Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti işə başlayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Əvvəlcə rəsmi foto çəkdirildi.
Sammit Qurani-Kərimdən ayənin oxunması ilə başladı.
Prezident İlham Əliyev Sammitdə çıxış etdi.