Prezident İlham Əliyev İranda rəsmi səfərdədir - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev İranda rəsmi səfərdədir - YENİLƏNİB - FOTO

17:17

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

----------

16:11

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

X X X

Fevralın 23-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə geniş tərkibdə danışıqları olub.

X X X

Fevralın 23-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə olundu. Əlaqələrin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə, o cümlədən həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

----------

14:44

Fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində ikitərəfli sənədlər paketi imzalanıb.

Trend-in məlumatına görə, prezident İlham Əliyev və prezident Həsən Ruhaninin iştirakı ilə 11 sənəd imzalanıb.

İmzalanan sənədlər aşağıdakılardır:

"Azərbaycan Respublikası Hökuməti və İran Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirin azaldılması sahəsində əməkdaşlıq haqqında saziş"

"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında saziş"

"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında saziş"

"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında çərçivə sazişi"

"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dərmiryollarının əlaqələndirilməsi haqqında çərçivə sazişi"

"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə məsələləri üzrə Vitse-prezidentliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu"

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu"

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında anlaşma memorandumu"

"SOCAR ilə İran Milli Neft Şirkəti arasında anlaşma memorandumu"

"SOCAR ilə Qədr İnvestisiya Şirkəti arasında anlaşma memorandumu"

Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisi sahəsində əməkdaşlıq haqqında razılaşma.

---------

12:38

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki,  fevralın 23-də Azərbaycan Respublikasının prezidentiİlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə "Sədabad" sarayına gəldi.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı "Sədabad" sarayının qarşısındakı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və İranın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.

Prezidentlər birgə foto çəkdirdilər.

İranın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran prezidenti Həsən Ruhaniyə təqdim olundular.

--------

12:11

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevfevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın "Mehrabad" hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Süvari dəstənin müşayiət etdiyi Azərbaycan prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.





OXŞAR XƏBƏRLƏR

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...