Gündəm

Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib

Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının 

PrezidentiHəsən Ruhaniyə təbrik məktubu ünvanlayıb. 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı - İslam İnqilabının Qələbəsi günü münasibətilə 

Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından 

səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə 

uyğun olaraq qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, ikitərəfli, 

regional və beynəlxalq çərçivədə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına sülh 

və rifah diləyirəm".

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031