Prezident İlham Əliyev Fransanın Kann şəhərinin merini qəbul edib

Prezident İlham Əliyev Fransanın Kann şəhərinin merini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Fransanın Kann şəhərinin meri Devid Lisnardı qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Fransa şəhərləri ilə Azərbaycan şəhərləri arasında çox sıx əlaqələrin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev Fransanın və Azərbaycanın 10-dan artıq şəhərinin qardaşlaşdığını və bu şəhərlər arasında yaxşı təmasların yaradıldığını məmnunluqla qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı regional əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını dedi. Kannın Fransanın gözəl memarlığa və infrastruktura malik şəhərlərindən biri olduğunu qeyd edən Prezident İlham Əliyev qonağın ölkəmizdə də maraqlı yerlərlə tanış olacağını əminliklə qeyd etdi. Dövlətimizin başçısı Fransanın Kann şəhərinin meri Devid Lisnardın ölkəmizlə və şəhərimizlə yaxından tanış olması üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi.

Kann şəhərinin meri Devid Lisnard bildirdi ki, Azərbaycana səfərinin məqsədi Fransanın Kann şəhəri ilə Qəbələ şəhəri arasında əməkdaşlığı genişləndirməkdir. Devid Lisnard Kannın kiçik bir şəhər olduğunu, lakin dünyada tanındığını vurğuladı. O, Azərbaycanın öz inkişafını möhkəm zəmində formalaşdırmasının və öz mədəniyyətini dünyada təşviq etməsinin əhəmiyyətini qeyd etdi.

Görüşdə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...