Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

13:26

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Xorvatiya Respublikasının keçmiş prezidenti Stepan Mesiçi qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun önəmi vurğulandı. Forumun gündəliyinin geniş sahələri, o cümlədən energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, qaçqınlar, dinlərarası əməkdaşlıq və digər sahələri əhatə etməsinin aktual məsələlərin geniş müzakirəsi baxımından yaxşı imkan yaratdığı və tədbirin artıq mühüm beynəlxalq Foruma çevrildiyi qeyd edildi.

-------

12:42

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da İsrail Dövlətinin keçmiş baş naziri Ehud Barakı qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə IV Qlobal Bakı Forumunun artıq böyük bir beynəlxalq tədbirə çevrildiyi vurğulandı. Forumun gündəliyində bir çox vacib məsələlərin yer aldığı qeyd olundu. Bakı Forumunun dünyada gedən prosesləri müzakirə etmək üçün yaxşı imkan yaratdığı bildirildi.

---------

12:34

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiçi qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edildi, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışıldı.

X X X 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da İordaniya Haşimilər Krallığının keçmiş baş naziri Abdelsalam Al-Macalini qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, keçmiş baş nazir Abdelsalam Al-Macali İordaniyanın kralı II Abdullahın salamlarını və Forum münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən Abdelsalam Al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirdi.

Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olundu, Forum iştirakçılarının ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı fürsət yaratdığı bildirildi.

Abdelsalam Al-Macali İordaniya kralı II Abdullahın məktubunu prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı İordaniya kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın kralına çatdırmağı xahiş etdi.

--------

12:02

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş prezidentiViktor Yuşenkonu qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulandı.

Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edildi.







OXŞAR XƏBƏRLƏR